📦 150 azn-dən yuxarı sifarişlərdə çatdırılma pulsuzdur

Səhifələrimiz

Bizə zəng edin

Kiddie.az-dan aldığım məhsulların keyfiyyəti və göstərilən xidmət məni çox razı saldı. Heyətinizin mehribanlığı üçün təşəkkür edirəm!
Fəridə Q.
İndi al
Rənglərin uşaqların psixikasına təsiri

Rənglərin uşaqların psixikasına təsiri

Mütləq fərqinə varmışsınız ki, əgər uşağınızın sevdiyi müəyyən bir rəng varsa, o, hər şeydə həmin rəngi seçir. Geyim, oyuncaq, aksesuarlar, hətta şar və ya dondurma belə sevdiyi rəngdə olmalıdır. Bu, uşaqların inkişafının müəyyən bir dövründə rast gəlinən adi bir haldır.

Əslində, uşaqlar instinktiv olaraq onlara xoş və faydalı olan rənglərə yönəlir. Alimlər sübut ediblər ki, rənglər psixikaya güclü təsir göstərmək qabiliyyətinə malikdir. Xüsusilə bu, uşaqlar üçün keçərlidir, çünki onların görmə qabiliyyəti dünyanı dərk etmələrinə kömək edir. Rəng şüuraltımıza təsir edərək, şüur səviyyəsini “keçib” fərqinə varılmadan psixoloji təsir göstərir. Bu xüsusiyyət rəng terapiyasında geniş istifadə olunur.

Rənglərin uşaqların psixikasına təsiri

Rənglər sakitləşdirə, canlandırmağa, əhval-ruhiyyəni qaldırmağa və gərginliyi aradan qaldıra bilər. Bundan əlavə, rənglər beyin fəaliyyətini artırmağa, intellekt və özünəinamın formalaşmasına təsir edə bilər. Bu səbəbdən uşaqların otaqlarını və ya geyimlərini seçərkən rəng seçiminə ciddi yanaşmaq lazımdır. Doğru seçilmiş rəng kombinasiyası uşağın inkişafını stimullaşdırır, harmoniya atmosferi yaradır və yaxşı zövq formalaşdırmağa kömək edir.

Hər rəngin öz xüsusiyyətləri var. Hansı rənglər uşaqlar üçün daha faydalıdır? Gəlin bunu araşdıraq.

Ağ rəng

Bu rəng neytral hesab olunur. Tək başına o, güclü müsbət və ya mənfi emosiyalar yaratmaq qabiliyyətində deyil, lakin digər rənglər üçün fon olaraq xidmət edir. Uşaqlar adətən ağ rəngi sevimli rəng kimi seçmirlər, lakin geyimdə o həmişə var. Ağ rəng yeni doğulmuş körpələr üçün mükəmməl uyğun gəlir, incəlik və məsumiyyəti simvollaşdırır. Uşağın otağı üçün ağ rəng tavan və divarların yuxarı hissəsi üçün daha uyğundur. Qaranlıq tonlar depressiya və sıxıntı yarada bilər.

Göy rəng

Bu rəng tez-tez oğlanlarla assosiasiya olunur, lakin bu stereotiplər artıq keçmişdə qalıb. Göy və mavi rənglərin müxtəlif tonları sakitləşdirici, qan təzyiqini və temperaturu azaldan təsirə malikdir. Bu rənglər həm də gözlər üçün faydalıdır və səhərlər oyanmağı asanlaşdırır. Göy rəng cəsarət və gücü simvollaşdırır, uşağın otağı üçün ideal seçimdir.

Yaşıl rəng

Yaşıl rəng təbiətin və həyatın simvoludur. Bu rəng rahatlaşdırır, sinirləri sakitləşdirir və təzyiqi azaldır. Əgər uşağınız təbiətən sakit və balanslıdırsa, yaşıl rəngdən çox istifadə etmək məsləhət deyil.

Çəhrayı rəng

Bu rəng qız uşaqları arasında çox məşhurdur. Çəhrayı rəng emosional vəziyyəti yaxşılaşdırır, yaradıcılığı təşviq edir və əhval-ruhiyyəni yüksəldir.

Qırmızı rəng

Bu rəng çox həyəcanverici və diqqət cəlb edicidir. Qırmızı rəng aktivlik, liderlik və enerji ilə əlaqələndirilir. Lakin bu rəngdən uzun müddət istifadə etmək diqqətlilik və sakitliyi pozmağa meyllidir.

Sarı rəng

Sarı rəng günəşin, toyuğun və limonun rəngidir. Bu rəng insan psixikasını sakitləşdirir, beyin fəaliyyətini artırır və intuisiyanı gücləndirir. Sarı rəng xoşbəxtlik və əmin-amanlıq yaradır.

Narıncı rəng

Narıncı rəng enerji və eksperimentallıq simvoludur. Bu rəng uşaqların kommunikativ bacarıqlarını və dünyaya maraqlarını artırır. Həm də orqanizmin sağlam işləməsinə kömək edir.

Bənövşəyi rəng

Bənövşəyi rəng ruhani inkişaf və harmoniyanın simvoludur. Bu rəng həm oğlanlara, həm də qızlara xoş gəlir.

Tünd ravi rəng

Bu rəng gözəl dəniz, göyün rəngi ilə əlaqələndirilir. Tünd mavi rəng gözlər üçün rahatdır, sakitləşdirir və hərəkətə həvəsləndirir.

Boz rəng

Boz rəng sakitlik və inam yaradır. Bu rəng parlaq rənglərin təsirini azaldır və çox istifadə edildikdə də öz mənfi təsirini göstərə bilər.

Rənglərin seçimində nələrə qiqqət etmək lazımdır

Göründüyü kimi, rənglərin psixologiyası haqqında biliklər uşağın psixikasına və əhval-ruhiyyəsinə diqqətlə təsir etmək imkanı yaradır. Rəng seçimini uşağınızın xasiyyətinə və mövcud vəziyyətinə uyğun olaraq tənzimləyin. Səhər sarı qab-qacaqda səhər yeməyi verin, axşam isə yaşıl plaida bürünərək nağıl oxuyun. Bu biliklər uşağınızın inkişafına müsbət təsir göstərəcək.

Pulsuz çatdırılma

150 azn-dən yuxarı alış-verişlərdə pulsuz çatdırılma mövcuddur

14 gün ərzində geri qaytarma

Saytımızda əldə olunan hər bir məhsulu 14 gün ərzində geri qaytara bilərsiniz

Bir kliklə sifariş

İstədiyiniz məhsulu seçin və biz sizə zəng edib köməklik göstərəcəyik

Ana səhifə
Hesab
Mağaza
WhatsApp
Seçilmişlər