Siz “Kiddie.az” internet-mağazası ilə (bundan sonra “Satıcı, biz”) bağlanmış məhsul alışı haqqında Müqaviləyə (bundan sonra “Müqavilə”) xitam vermək və məhsulları aldığınız gündən on dörd (14) gün ərzində hər hansı cərimə sanksiyası tətbiq olunmadan geri qaytarmaq hüququna maliksiniz. Müqaviləyə xitam vermək qaydası: “kiddie.az” saytının YARDIM bölməsində yerləşdirilmiş elektron geri qaytarma formasını lazımi qaydada doldurub, Satıcıya göndərmək. Sizin Müqaviləyə xitam vermək hüququndan istifadəniz təqsdiqləndikdən sonra qaytarılan məhsullar qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadığı halda, məhsulları aldığınız gündən on dörd (14) gün ərzində kuryer xidmətinə təhvil verilməlidir. Qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş hallarda, məsələn, fərdi məhsullar və ya sifarişlə hazırlanmış məhsullar aldıqda, və ya möhürlənmiş qablaşdırmada olan məhsulları əldə etdikdən sonra həmin qablaşdırmanın möhürü açıldıqda, və ya gigiyena qaydalarına uyğun olaraq geri qaytarılması mümkün olmayan məhsulları aldıqda siz Müqaviləyə xitam vermək hüququna malik deyilsiniz.
1. Müqaviləyə xitam vermək hüququnun tətbiq olunması üçün şərtlər
Aşağıdakı şərtlərə riayət edildikdə Müqaviləyə xitam vermək hüququndan düzgün istifadə edilmiş hesab olunur:
- (a) məhsullar alındığı gündən on dörd (14) gün ərzində Müqaviləyə xitam vermək hüququndan istifadə edildikdə;
- (b) məhsullar istifadə olunmamış, geyilməmiş və ya yuyulmamış vəziyyətdə olduqda;
- (c) məhsulların yarlığı üzərində saxlanıldıqda;
- (d) məhsullar öz orijinal qablaşdırmasında geri qaytarıldıqda;
- (e) məhsullar alındığı gündən on dörd (14) gün ərzində kuryer poçtuna ötürüldükdə;
- (f) məhsullar zədəli olmadıqda.
Bütün zəruri şərtlərə riayət olunduqda, Satıcı tətbiq olunan qanunvericiliyə uyğun olaraq, məhsullar üçün ödənmiş bütün məbləği Alıcıya geri qaytarır. Sizin üzərinizə düşən yeganə xərc məhsulu Satıcıya geri qaytarmaq üçün tələb olunan xərclər olacaq.
2. Məhsulların Satıcıya geri qaytarılma proseduru
Siz aldığınız məhsulu kuryer poçtu vasitəsi ilə Satıcıya geri qaytara bilərsiniz. Bu zaman geri qaytarılan məhsulun çatdırılma haqqı Alıcı tərəfindən ödəniləcək.
3. Geri qaytarılmış məhsulların tətbiq olunan tələblərə uyğunluğunun yoxlanılması
Geri qaytarmaq istədiyiniz məhsullar yuxarıda göstərilən tələblərə uyğun olmadığı halda, siz bu barədə müvafiq bildiriş alacaqsınız. Qaytarmaq istədiyiniz məhsul qeyd olunan şərtlərə cavab vermirsə, məhsulu alarkən ödədiyiniz məbləği geri almaq hüququndan məhrum edilirsiniz. Satıcı elektron məktubla bu barədə sizə məlumat verəcək. Məhsulların geri qaytarılması haqqında sorğunu on dörd (14) gün ərzində göndərmədiyiniz və ya çatdırma xərclərini qabaqcadan ödəmədiyiniz təqdirdə, bu fəaliyyətsizliyiniz məhsullara dair mülkiyyət hüququndan imtina etmək kimi dəyərləndiriləcək və Satıcıya onların üzərində öz mülahizəsinə görə sərəncam vermək hüququ verəcək.
4. Dəyərin geri qaytarılma müddəti və proseduru
Qaytarılmış məhsulların bütün tələblərə uyğunluğu Satıcı tərəfindən yoxlanıldıqdan sonra Sizə məhsulların qəbul edilməsi və ödənilmiş məbləğin tam şəkildə geri qaytarılması haqqında elektron təsdiq məktubu göndəriləcək. Ödənişin geri qaytarılması proseduru yuxarıda qeyd olunmuş şərtlərə riayət edildikdən sonra həyata keçiriləcək. Satıcı ödənişin geri qaytarılmasını məhsulları əldə edərkən sizin istifadə etdiyiniz ödəmə metodu ilə eyni metoddan istifadə etməklə həyata keçirir. Ödəniş geri qaytarılarkən sizin üzərinizə əlavə xərclər düşməyəcək.
5. Zədələnmiş, qüsurlu məhsulları və ya Sifarişə uyğun olmayan məhsulların geri qaytarılması
Məhsulu Satıcının səhvi və ya məhsulun zədəli və ya qüsurlu olması səbəbindən geri qaytarırsınızsa, məhsulun çatdırıldığı tarixdən on dörd (14) gün ərzində Satıcını elektron qaytarış forması vasitəsilə məlumatlandırmalısınız. Satıcı zədələnmiş, qüsurlu və ya Sifarişə uyğun olmayan məhsullar kimi geri qaytarılmış bütün məhsulları yoxladıqdan sonra çatdırılma xərcləri də daxil olmaqla bütün ödənişi Sizə qaytaracaq.
6. İdentifikasiya yarlığı
Satıcı tərəfindən təklif olunan bütün məhsullar identifikasiya yarlığı ilə təchiz edilmişdir və bu yarlıqlar məhsulun ayrılmaz hissəsidir. Məhsulları yoxlayarkən yarlığı qoparmamağınızı xahiş edirik. Yarlıqsız qaytarılmış məhsullar Satıcı tərəfindən qəbul edilməyəcək.
7. Tətbiq olunan qanunlar
Bu geri qaytarma siyasəti “Kiddie.az” saytının Ümumi müddəalar və satış şərtləri ilə tənzimlənir və istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə uyğundur.