“Kiddie.az” saytına xoş gəlmisiniz (bundan sonra “sayt”).
Sizin şəxsi məlumatlarınızın məxfiliyi və təhlükəsizliyi “Kiddie.az” üçün çox böyük əhəmiyyət kəsb etdiyindən, şəxsi məlumatlarınızın toplanması və idarə olunmasını yüksək ehtiyatlılıq dərəcəsi ilə həyata keçiririk. Biz onların təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görürük. Burada Siz “Kiddie.az” saytına daxil olarkən və təklif etdiyimiz xidmətlərdən istifadə edərkən şəxsi məlumatlarınızın “Kiddie.az” saytı tərəfindən emalı ilə bağlı əsas məlumatlarla tanış ola bilərsiniz.
Sizdən həmçinin, “Kiddie.az” saytının xidmət şərtlərimiz haqqında ətraflı məlumatın əks olunduğu “Ümumi istifadə müddəaları və şərtləri” bölməsi ilə tanış olmağınızı xahiş edirik.
Şəxsi məlumatların nəzarətçisi kimdir?
Aşağıda sizin şəxsi məlumatlarınızın nəzarətçisi qismində çıxış edən “Kiddie.az” onlayn mağazası tərəfindən həyata keçirilən şəxsi məlumatlarınızın emalı üzrə əsas məlumatlar təqdim olunur.
Hansı şəxsi məlumatlar emal olunur və nə üçün?
“Kiddie.az” ad və soyad, çatdırılma və hesab ünvanı, əlaqə məlumatları (telefon nömrəsi, e-mail), saytda nəzərdən keçirdiyiniz məlumatlar və Sizin müştəri vərdişləriniz haqqında məlumatları toplaya bilər. Sizin şəxsi məlumatlarınız aşağıdakı məqsədlər üçün emal olunur:
– “Kiddie.az” saytında təklif olunan məhsullar üzrə alqı-satqı müqavilələrinin bağlanması və yerinə yetirilməsi;
– “Kiddie.az” saytında yeniliklərə abunəlik kimi xidmətlərin göstərilməsi;
– Saytda qeydiyyat və qeydiyyatdan keçmiş istifadəçilərə təqdim olunan xidmətlərdən istifadə;
– Müştərilərə yardım məqsədilə yönləndirilmiş sorğulara nəzarət;
– Saytın təkmilləşdirilməsi və müştərilərin təcrübəsinin yaxşılaşdırılması üçün statistik təhlil və tədqiqatların aparılması.
Alış-veriş zamanı müştərinin daxil etdiyi bank kartı məlumatları satıcı tərəfindən saxlanılmır.
Qeyd olunan hallarda, tərəfinizdən xüsusi qaydada sorğu olunmuş xidmətlərin göstərilməsi üçün sizin şəxsi məlumatlarınızın emalı sizinlə bağlanmış Müqavilənin yerinə yetirilməsi çərçivəsində qanunidir.
Biz həmçinin, istifadəçilərin saytla necə qarşılıqlı əlaqə qurduğunu anlamaq və təqdim etdiyimiz təklifləri və xidmətləri gələcəkdə daha da yaxşılaşdırmaq üçün statistik tədqiqatlar və məlumat təhlilini aparırıq.
Şəxsi məlumatlarınızın qorunması
Biz şəxsi məlumatlarınızın qorunmasını təmin etmək üçün texniki və inzibati tədbirlər həyata keçiririk. Bura məlumatlarınızın icazəsiz əldə olunmasının qarşısını almaq üçün şifrələmə, məlumatları qorumaq üçün təhlükəsizlik divarları, və yalnız yetkili şəxslərin şəxsi məlumatlara çıxışını təmin etmək üçün idarəetmə prosedurları daxildir.
Məxfilik siyasətinin dəyişdirilməsi
Biz bu Məxfilik Siyasətinə dəyişikliklər etmək hüququnu özümüzdə saxlayırıq. Siyasətdə hər hansı dəyişiklik olduqda, bu barədə sizə saytımız vasitəsilə məlumat veriləcək.
Əlaqə
Bu Məxfilik Siyasəti və ya şəxsi məlumatlarınızın emalı ilə bağlı hər hansı sualınız olduqda, bizimlə [email protected] ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.